Zaqatalada 24 yaşlı oğlan dəm qazından zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasınadan APA TV-yə verilən məlumata görə, dekabırn 21-də səhər saatlarında rayonun Aşağı Tala kənd sakini, 1989-cu il təvəllüdlü Babazadə Azim Baba oğlu şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Araşdırma zamanı məlum olub ki, Azim Babazadə yaşadığı evdə səhər saatlarında yuyunmaq üçün vanna otağına girib. Bir qədər sonra yaxınları onu vanna otağında huşsuz vəziyyətdə aşkarlayıblar. Xəstəxananın reanimasiya şöbəsində lazımi tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti stabilləşib.
Hazırda Azim Babazadənin vəziyyət orta ağır qiymətləndirilir. Fakla bağlı araşdırma aparılır.