Göygöldə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Molla Cəlili kənd sakini, 1996-cı il təvəllüdlü Nəsibov Məstalı Yusif oğlu qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə M. Nəsibov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.