Şəmkirdə yeniyetmə qaçırdığı avtomobillə piyadaları vurub. Lent.az-ın Kəpəz.TV-ə istinadən verdiyi xəbərə görə, Qapanlı kənd sakini 15 yaşlı yeniyetmə atasına məxsus “VAZ 2106” markalı avtomobili qaçıraraq həmyerliləri 15 yaşlı Röyal Məmmədovu və 10 yaşlı Ramin Məmmədovu vurub. Yaralılar dərhal Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Röyal Məmmədovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə köçürülüb. Digər yaralının müalicəsi isə yerli tibb ocağında davam etdirilir.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.