13 gün əvvəl kanala yıxılan kişi xəstəxanada öldü
30 yanvar 2018 21:27 (UTC +04:00)

13 gün əvvəl kanala yıxılan kişi xəstəxanada öldü

Qaxda 13 gün əvvəl su kanalına yıxılan 78 yaşlı kişi xəstəxanada ölüb.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə,  Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində müalicə alan, 1940-cı il təvəllüdlü Qax şəhər sakini Nemət Məhəmməd oğlu Maqsudov bu gün saat 11:50 radələrində ölüb.


Qeyd edək ki, 78 yaşlı Nemət Maqsudov yanvar ayının 17-i Qax şəhəri,  İ. Dağıstanlı küçəsindəki su kanalının üstündəki körpüdən keçərkən ehtiyatsızlıqdan kanala yıxılmışdı. Bədbəxt hadisə nəticəsində  ağır kəllə-beyin travması alan Nemət Maqsudovun müalicəsi yanvar ayının 17-dən Qax MRX-nın reanimasiya şöbəsində aparılırdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar