11 yaşlı qız dəm qazından zəhərləndi
13 dekabr 2016 22:15 (UTC +04:00)

11 yaşlı qız dəm qazından zəhərləndi

0

Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2005-ci il təvəllüdlü Aytac Əzizova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb. Qıza ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar