Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Lent.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşi vəzifəsindən azad edilib.
Digər əmrlə o, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.