Uşağından bezən  ana onu başqa qapıya atdı
04 mart 2025 12:08 (UTC +04:00)

Uşağından bezən ana onu başqa qapıya atdı

Rusiyada 20 yaşlı ana uşağını başqasının qapısına qoyub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Vasilyevski adası küçəsində baş verib. Bir kişi yaşadığı mənzilin yaxınlığında içərisində körpə olan uşaq arabası tapıb.

Məlumata görə, ana 16 yaşlı iki tanışından doqquz aylıq qızını evlərdən birinin girişində qoymağı xahiş edib.

Polisə ifadə verən qız bildirib ki, daha uşağı böyütmək istəmir, ona görə də bu addımı atıb.

Hazırda körpə psixonevroloji uşaq evindədir. Yeniyetmələr və ana saxlanılıb.

Ana valideynlik borcunu layiqincə yerinə yetirmədiyi üçün məsuliyyətə cəlb edilib. Ona uşağı təhlükə altında qoyduğuna görə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar