Sürücüdən rüşvət alan  yol polisləri saxlanıldı
28 avqust 2024 15:28 (UTC +04:00)

Sürücüdən rüşvət alan yol polisləri saxlanıldı

Rusiyanın Moskva şəhərində Mərkəzi rayon Yol Polisi Xidmətinin əməkdaşları rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 56 yaşlı baş leytenant və 42 yaşlı kapitan avqustun 13-də Nijeqorodskaya küçəsində sərxoş sürücünü saxlayıblar.

Onlar protokol tərtib etməmək üçün sürücüdən 300 min rubl (təxminən 5580 manat) tələb ediblər. Sürücü tələb olunan məbləğin bir hissəsini ödəyib, sonra isə Metropoliten Polisinin şəxsi təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb.

Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, yol polislərinin təqsiri təsdiqlənərsə, onlar işdən uzaqlaşdırılacaq və onların rəhbərləri intizam məsuliyyəti daşıyacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 37860
avatar

Oxşar yazılar