Sumqayıt şəhər Polis İdarəsi, 1-ci Polis Bölıməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.
Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.