Sərxoş kişi özünü körpüdən atmaq istədi
28 mart 2022 15:29 (UTC +04:00)

Sərxoş kişi özünü körpüdən atmaq istədi

Mingəçevirdə intihara cəhd olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, martın 26-da saat 22 radələrində Mingəçevir şəhər sakini Ə.Rzayev sərxoş vəziyyətdə Kür çayının üzərindəki körpüdən özünü atmağa cəhd göstərib.

Mingəçevir şəhər Polis Şöbəsi və Baş Mühafizə İdarəsinin Şəhər Mühafizə Şöbəsinin əməkdaşları cəhdin qarşısını alıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022
avatar

Mehman Nəbiyev

Oxşar yazılar