Saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi  - YENİLƏNİB
25 avqust 2026 13:30 (UTC +04:00)

Saxlanılan Köçəryan xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

0

Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.

***
12:37

Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, Köçəryan təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, Köçəryan və oğlu bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıblar. Komitənin açıqlamasına görə, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar