Sabirabadda özünü öldürən qadının  əri intihara cəhd etdi
14 iyul 2024 23:48 (UTC +04:00)

Sabirabadda özünü öldürən qadının əri intihara cəhd etdi

Sabirabadda kimyəvi maddə içərək intihar edən qadının əri də intihara cəhd edib

Lent.az APA-ya istinadən xəbər verir ki, 5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın, Sabirabad rayonu, Bala Həşimxanlı kənd sakini, 33 yaşlı Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.

5 gün sonra onun həyat yoldaşı, 36 yaşlı Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Oxşar yazılar