Arsen Avakov ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.
Lent.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil və dezinformasiyadır.
***
Saat: 16:07
Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkovda öldürüldüyü barədə xəbər yayılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun Rusiya ordusunun Xarkova endirdiyi hava zərbələri nəticəsində həlak olduğu deyilir. Avakovun ölümü barədə rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində, indiki Rəsulzadə qəsəbəsində anadan olub. O, milliyətcə ermənidir.