Qubaya istirahətə gedənlərdən külli miqdarda narkotik tapıldı - FOTO
25 mart 2022 13:00 (UTC +04:00)

Qubaya istirahətə gedənlərdən külli miqdarda narkotik tapıldı - FOTO

Qubada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə etməsi, saxlanması və daşınmasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin,  marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

# 1758
avatar

Mehman Nəbiyev

Oxşar yazılar