Qəbiristanlıqlardan  gül qablarını   oğurladı
05 aprel 2022 12:34 (UTC +04:00)

Qəbiristanlıqlardan gül qablarını oğurladı

Şəmkirdə qəbiristanlıqlar qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevral ayında Çinarlı qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin üzərinə quraşdırılmış alüminiumdan olan 4 ədəd gül qabları oğurlanıb.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri X.Hüseynov, M.Abışov və əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar-mart ayları ərzində həmin qəbiristanlıqdakı daha 8 qəbirin ətrafına quraşdırılmış alüminiumdan olan gül qablarını oğurlamaları da müəyyən olunub.

# 1746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar