Qəbələdə yasaq eşq  yaşayan müəllim HƏBS OLUNDU
26 avqust 2026 17:00 (UTC +04:00)

Qəbələdə yasaq eşq yaşayan müəllim HƏBS OLUNDU

0

Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib.

Lent.az-ın xəbərinə görə, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov (şərti adla) arvadının kənd müəllimi olan Hüseynqulu Cəfərov ilə (şərti adla) ona xəyanət etdiyini öyrənib. O, bununla bağlı polisə müraciət edib. Kişi həmçinin iddiasında astma xəstəsi olduğu üçün təqaüd aldığını və arvadının həmin pulu da müəllimə xərclədiyini bildirib. Onun sözlərinə görə, arvadı təqaüd pullarını götürərək, Hüseynqulunun maşının kreditinə və digər xərclərinə verib.

Şikayət əsasında polis əməkdaşları sonradan cinayət hadisəsi olmasın deyə, Hüseynqulunu izahat verməyə çağırıblar. Hüseynqulu isə şöbəyə gəlməkdən imtina edib və olduğu avtovağzalda ifadə vermək istədiyini bildirib. Lakin burada da Hüseynqulu ifadə vermək istəmədiyini deyib. Bu zaman o, şöbəyə aparılıb. Şöbədə saxlanılma və şikayət səbəbi ona izah olunanda isə inzibati Ədalət Mirişovu və onun arvadını nalayiq ifadələrlə söyüb.

Buna görə də, Hüseynqulu barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Kənd məktəbində müəllim işləyən Hüseynqulu ifadəsində bildirib ki, Ədalətin xanımı Mahizəri (şərti adla) onun maşın və telefonunun kredit ödənişlərini ödəməyib:

“Həmin xanımı tanıyıram. 2023-cü ildə həyat yoldaşımla birgə Mahizər xanım mənə sistem köçürməsi üçün onların evinə getdik. Biz gedən zaman onun əri evdə olan vaxt da olub, olmadığı vaxt da. Sistem vurdurmağa yoldaşım olmadan getməmişəm. Bir müddət sonra Mahizər xanımla münasibətlərimizin olması ilə bağlı söz-söhbətlər yarandı. Bir dəfə Gəncəyə gedəndə, Mahizər xanımı yolda görüb avtomobilə götürdüm, onu Bərdəyə qədər apardım və qayıdanda onu da gətirdim. Bundan sonra onunla mesajlaşmağa və zəngləşməyə başladıq. Lakin sonradan ona bildirdim ki, bunları bitirək. Nəsə problem olanda, dar vəziyyətdə olanda mesajlaşmışıq.

Mahizər xanım ərindən şikayətçi idi, əri onu döyüb incidirmiş. Mahizər xanımı tanıyana kimi maşınımı almışdım, yəni Mahizər mənim kreditimi ödəməyib. Haqqımızda söz-söhbət yarandığı üçün Mahizər xanıma mesajlaşmaları bitirməyi dedim. Hətta onu bloka da atdım, onun yazdığı mesajlara cavab vermədim. Mahizər xanım başqa nömrələrdən zəng edirdi. O, bir dəfə zəng edəndə telefonu həyat yoldaşım açdı, həmin vaxt Mahizər mənə başqa nömrədən zəng edib. Həyat yoldaşım mesajları mənim telefonumdan götürüb Ədalətə atıb”.

Hüseynqulu son olaraq əməlimdən peşman olduğunu və Mahizər xanımla münasibəti olduğu üçün xəcalət çəkdiyini bildirib.

Məhkəmənin qərarı ilə Hüseynqulu Cəfərov 4 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar