Qəbələdə 30 yaşlı oğlan 18 gündür  itkin düşüb
01 iyun 2024 18:49 (UTC +04:00)

Qəbələdə 30 yaşlı oğlan 18 gündür itkin düşüb

Qəbələdə 30 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Hümbətov Elmin Firidun oğlu mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 169 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1719
avatar

Oxşar yazılar