Sosial şəbəkələrdə polis əməkdaşının Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya hərbi salam verməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.
Lent.az xəbər verir ki, müzakirələrdə əksəriyyət polis əməkdaşının Ombudsmana hərbi salam verməsini doğru hesab etməyib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-ın sorğusuna cavabında polis əməkdaşının ombudsmana hərbi salam verməsinin yanlış olmadığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə polis əməkdaşının hərbi salam verməsi müvafiq nizamnaməyə uyğundur.