Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev 2023-cü ilin sentyabrında Qarabağda baş tutan anti-terror tədbirləri zamanı polis əməkdaşlarının fəaliyyətinə dair xatirələrini bölüşüb.
Lent.az xəbər verir ki, DİN rəsmisi bu barədə "Facebook"-da paylaşım edib:
"Tarix, 2023-cü il sentyabr idi. O möhtəşəm gün və sonra…Antiterror tədbirləri başa çatmışdı, ancaq bütün bölgə təhlükəli idi. Gedirdik, mina partlayırdı, hər ağac, hər kol partlayıcı telləri ilə toxunmuşdu. Yolsuzluq şəraitində, çətin relyefdə təhlükəsizliyin təmin olunması, separat qalıqlarının təmizlənməsi bütün meşələrdə hətta gecə boyu davam edirdi. Orada “getməyək, təhlükəlidir, ölüm var” - deyə bir polis geri çəkilmədi, ehtiyat etmədi. Bilirsiz, polis ölüm düşərgəsində xidmət edirdi. Və mən o polisin yüzlərlə fədakarlığının canlı şahidi olmuşam. Polis səngərsiz əsgərdir. (Görüntülər həmin günlərə aiddir.)".