Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı
10 yanvar 2023 12:27 (UTC +04:00)

Polis maşınının şüşəsini sındıran qadın cəzalandırıldı

Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edilməsi və Post Patrul Xidməti avtomobilinin şüşəsinin sındırılması barədə xəbər vermişdik.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A. Kazımova Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A. Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib.

Qeyd edək ki, A. Kazımova və uşağın nənəsi sığınacağa gələrək, qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A. Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15