Bakıda orta məktəbdə şagirdlər arasında insident
24 noyabr 2026 22:49 (UTC +04:00)

Bakıda orta məktəbdə şagirdlər arasında insident

0

Nərimanov rayonunda yerləşən Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbdə şagirdlər arasında insident baş verib.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Nərimanov rayonunda yerləşən məktəblərin birində şagirdlər arasında baş verdiyi iddia olunan hallar araşdırılıb.

Təhsil müəssisəsinin aidiyyəti heyəti və şagirdlər valideynləri ilə birgə ərazi üzrə polis şöbəsinə dəvət edilərək onlarla profilaktik iş aparılıb, narazılığa səbəb olan hallar müəyyən olunaraq aradan qaldırılıb.

Həmin hərəkətlərdə hər hansı kriminal tərkib müəyyən olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar