Müğənni Tural Gəncəli "avtoşluq"  etdi, polisə tabe olmadı, həbs edildi - VİDEO
29 dekabr 2024 21:56 (UTC +04:00)

Müğənni Tural Gəncəli "avtoşluq" etdi, polisə tabe olmadı, həbs edildi - VİDEO

Müğənni Tural Gəncəli avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını pozmaqla bir neçə avtomobilə ziyan vurub.

Lent.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdə onun "Prius" markalı maşını bir neçə dəfə qəsdlə vuraraq, ərazidən uzaqlaşdığı, polis əməkdaşlarının saxla əmrinə tabe olmadığı görünür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, idarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes" markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6166

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15