Moped  qırmızı işıqda keçdi, sürücü ağır xəsarət aldı
08 dekabr 2021 04:23 (UTC +04:00)

Moped  qırmızı işıqda keçdi, sürücü ağır xəsarət aldı

İşıqforun qırmızı işığından keçən moped qəzaya uğrayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Masazır qəsəbəsində qeydə alınıb. Əliağa Vahid küçəsində yüksək sürətlə hərəkətdə olan moped işıqforun yaşıl işığından keçən minik avtomobilinə çırpılıb.

Minik avtomobilin sürücüsü Tural Həmzəyev və hadisə şahidlərinin APA-nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə “Toyota” markalı avtomobilin sürücüsü yol kəsişməsindəki işıqforun yaşıl işığından əsas yola çıxarkən moped sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini avtomobilə çırpıb. Qəza nəticəsində mopedin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsi və Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Şahidlərin ifadələri alınıb, fakt üzrə araşdırma aparılır.
 

# 1182
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  hamamda qızla oğlanın meyiti tapıldı

Bakıda DƏHŞƏT: hamamda qızla oğlanın meyiti tapıldı

18 aprel 2024 , 11:35
Polis saxta pulla  özünə maşın aldı

Polis saxta pulla özünə maşın aldı

18 aprel 2024 , 11:13
Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

Azərbaycanda şirkət rəhbərlərinə cinayət işi AÇILDI

18 aprel 2024 , 11:10
Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR

18 aprel 2024 , 10:55
Abşeronda evdən 16 minlik  OĞURLUQ

Abşeronda evdən 16 minlik OĞURLUQ

18 aprel 2024 , 10:51
Bu qızı görənlər polisə xəbər versin - FOTO

Bu qızı görənlər polisə xəbər versin - FOTO

18 aprel 2024 , 10:45
Bakıda FACİƏ:  kişi su quyusuna düşüb öldü

Bakıda FACİƏ: kişi su quyusuna düşüb öldü

18 aprel 2024 , 10:29
Astarada "avtoş" luq edən həbs olundu

Astarada "avtoş"luq edən həbs olundu

18 aprel 2024 , 10:20