"Mercedes" aşdı, xəsarət alanlar var
04 iyun 2023 08:15 (UTC +04:00)

"Mercedes" aşdı, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Çaparlı kəndində  qeydə alınıb. Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-ci il təvəllüdlü Samir Mehdizadə və 1970-ci il təvəllüdlü  Reyhan Mehdiyava xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 

# 1413
avatar

Oxşar yazılar