Sumqayıtdan evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 65 yaşlı Seyfullayeva Rəhilə Xanoğlan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.