Maşını bir aydı oğurlanıb, tapılmır -  FOTO
10 mart 2022 15:26 (UTC +04:00)

Maşını bir aydı oğurlanıb, tapılmır - FOTO

Sabirabadda avtomobil oğurlanıb.

Bu barədə Lent.az-a vətəndaş Pərviz Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə fevralın 4-dən 5-ə keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şikayətçi bildirib ki, göstərilən tarixdə naməlum şəxs və ya şəxslər atası Yaqub Hüseyn oğlu Məmmədovun adına olan “Vaz-21099” markalı 10-HX-450 dövlət qeydiyyat nişanlı avtomobil yaşadıqları binanın həyətindən qaçırılıb. P. Məmmədov bildirib ki, hadisə ilə bağlı polisə məlumat verilib.

Lakin bu qədər müddət keçsə də, hələ ki, avtomobil tapılmayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, hazırda avtomobilin tapılması istiqamətində axtarışlar davam edir:

“Sabirabad rayon sakini P.Məmmədov fevral ayının 5-də rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası Y.Məmmədova məxsus "VAZ 21099" markalı avtomobilin naməlum şəraitdə qaçırılması barədə məlumat verib. 

Daxil olmuş müraciətlə əlaqədar rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır. Nəqliyyat vasitəsinin tapılması, eləcə də həmin cinayət əməlini törədənin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Oğurlanan avtomobil

# 2040
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15