Kriminal dairələrdə “qanuni oğru” Zavid Tbilisski kimi tanınan 37 yaşlı kriminal avtoritet Zvaid Osmanov ümumi fonddan oğurluq etdiyi üçün titulundan məhrum edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Gürcüstan vətəndaşı 2020-ci ilin sentyabr ayında Türkiyədə öldürülən Azərbaycanın baş “qanuni oğru”su Nadir Səlifovun (Lotu Quli) keçmiş əlbirlərinin sifarişi ilə oğru tacını itirib.
Kriminal avtoritetlərin müvafiq “proqonu” (oğru mesajı) Zviad Tbilisskinin cinayətkarlara təsir etdiyi Başqırdıstan, Ulyanovsk və Nijni Novqorod vilayətlərində yayılıb.
Ozmanov məhbuslardan və rus cinayətkarlarının nümayəndələrindən yığılan pullar hesabına Moskvada iki mənzil və Türkiyədə bir ev almaqda ittiham olunurdu. İddialara görə, o, əldə etdiyi daşınmaz əmlakı həyat yoldaşının adına rəsmiləşdirib.