Lənkəranda intihara cəhd hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində intihara cəhd edən şəxsin xilas olunması üçün müraciət daxil olub. FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Xilasedicilərin çevik və peşəkar müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.