Lənkəranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rayon sakini 32 yaşlı Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib. Balıq tutub çayı keçərkən qırmağı yüksək gərginlikli elektrik xətlərinə toxunub. X.Əlizadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.