Kişi 56 lezva  uddu və...
20 mart 2023 19:00 (UTC +04:00)

Kişi 56 lezva uddu və...

Hindistanın Racastan ştatında kişi 56 ülgüc udub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, cərrahlar hindistanlını üç saatdan çox əməliyyat ediblər.

26 yaşlı Yaşpal Sinq qarın ağrısı və qan qusmasından şikayətlənərək əməliyyat otağına aparılıb. Həkimlər müəyyən ediblər ki, təhlükəli əlamətlərin səbəbi kişinin 56 lezva udmasıdır.

Həmin şəxs dörd dostu ilə yaşayıb və onlara etdiyi hərəkəti danışıb, bundan sonra qonşunu dərhal xəstəxanaya aparıblar. Ultrasəs müayinəsi lezvaların hindlinin mədəsində ilişib qaldığını göstərib. Qastroskopiyadan sonra həkimlər təcili əməliyyata qərar veriblər.

Yeddi cərrahdan ibarət qrup bütün lezvaları çıxarmaq üçün üç saatdan çox vaxt sərf ediblər. Həkimlər mədə və digər həzm orqanlarında çoxsaylı kəsiklər aşkar ediblər.

Sinq lezvaları bölüb və üç paket yeyib, udma zamanı ağrı verməmək üçün plastik paketə büküb. Lakin mədə turşusu plastii zədələyib və iti metal mədənin divarlarını kəsməyə başlayıb, bu da daxili qanaxmaya və qusmağa səbəb olub.

Həkimlərin dediyinə görə, Sinqh narahatlıq və depressiyadan əziyyət çəkir. Kişinin doğmaları baş verənlərdən şoka düşüb və belə davranışın səbəbləri barədə məlumatlarının olmadığını bildiriblər. Zərərçəkənin özü hələlik hadisə ilə bağlı açıqlama verməyib. Hazırda onun vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar