Kənd evindən  qadın meyiti   tapıldı
20 fevral 2023 19:40 (UTC +04:00)

Kənd evindən qadın meyiti tapıldı

Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 64 yaşlı Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Lent.az-a verdiyi məlumata görə, dərhal Şəmkir rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib.

Faktla bağlı polis əməkdaşları zəruri istintaq-əməliyyat tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4344
avatar

Oxşar yazılar