Bakının giriş və çıxışında quraşdırılan karantin postları sökülüb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımlarda Bakı-Şamaxı yolundakı karantin postunun söküldüyü əks olunub.
DİN mətbuat xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, həmin postlar müvəqqəti xarakteri daşıyırdı və artıq onlara ehtiyac olmadığı üçün sökülə bilər.