İranlının narkotiklərini satırdı, ələ keçirildi - FOTO
01 aprel 2023 08:35 (UTC +04:00)

İranlının narkotiklərini satırdı, ələ keçirildi - FOTO

Xaçmazda narkotacir ələ keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsi və Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadəni saxlanılıb.

Üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də psixotrop təsirə malik  həblər (ekstazi) aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Natiq Əlizadənin barəsində həbs qətimkan tədbiri seçilib.
 

# 2073
avatar

Oxşar yazılar