İnsanları şantaj edən "Telegram" adminləri saxlanıldı - VİDEO
09 dekabr 2021 17:45 (UTC +04:00)

İnsanları şantaj edən "Telegram" adminləri saxlanıldı - VİDEO

“Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, son dövrlərdə “telegram” sosial şəbəkəsində kanallar yaradaraq müxtəlif yaş kateqoriyasına aid insanların şəxsi həyatları ilə bağlı video və fotoların paylaşılması sonradan şantaj edilərək silinməsi müqabilində pul tələb edilməsi barədə müraciətlər daxil olur. Bu məlumatlar hərtərəfli araşdırılıb və təhlil edilib. Araşdırma zamanı şantaj video və fotolarının həmin kanalların adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində “telegram” sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində idarə etdikləri “telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.

Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.

Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin “telegram” sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.

Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyə edir.

Şantaj edən telegram adminləri tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15