Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunan hərbi tibb personalımız hazırda Kahramanmaraş ərazisindədir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, Müxtəlif tibb ixtisasları üzrə təcrübəli hərbi həkimlər zəruri tibbi yardımın göstərilməsi üçün tam hazır vəziyyətdədir.