Rusiyanın Krasnodar vilayətinin Novotitarovskaya kəndində alt paltarı mağazasını qarət edən yerli sakin saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə noyabrın 5-də baş verib, bir kişi alt paltarları satılan mağazaya girib. Satıcını tapança ilə hədələyərək iki qadın tumanını oğurlayıb, sonra isə qaçıb. Polis əməkdaşları qulduru tez bir zamanda saxlayıblar. Onun 34 yaşlı hərbçi olduğu üzə çıxıb.
Həmin şəxs əvvəllər də ağır cinayətlərə görə məhkum olunub, məhkumluğu götürülüb və hərbi qulluqçu olub. Onun mənzilinə baxış zamanı oğurlanmış əmlak və pnevmatik tapança aşkar edilib.
Cinayətkara qarşı quldurluq maddəsi ilə cinayət işi açılıb, onu iki ilə qədər həbs gözləyir.