Bakının 20 küçəsində  təmir aparılır - SAY ARTACAQ
31 avqust 2026 18:33 (UTC +04:00)

Bakının 20 küçəsində təmir aparılır - SAY ARTACAQ

0

Bakıda hazırda təmir aparılan küçələrin sayı açıqlanıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Anar Nəcəfli Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda paytaxtın 20 küçəsində təmir işləri aparılır:

Bakı şəhərinin bütün 12 inzibati rayonu üzrə 111 küçədə təmir işlərinin aparılması nəzərdə tutulur. Məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etməkdir.

Bu küçələrdən 46-da işlər artıq başa çatıb, hazırda isə 20 küçədə təmir davam etdirilir. Digər ərazilərdə də işlərin mərhələli şəkildə aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.

İndiyədək Bakı şəhərində bu qədər genişmiqyaslı küçə təmiri həyata keçirilməyib. Təmir işləri yalnız paytaxtın mərkəzi hissələrini deyil, kənar əraziləri və digər rayonların küçələrini də əhatə edir.

Proqrama Suraxanı, Binəqədi, Qaradağ, Pirallahı, Xəzər, Sabunçu, Nizami, Xətai, Nəsimi, Səbail, Yasamal və Nərimanov rayonları daxildir”.

Qeyd edək ki, paytaxtın müxtəlif küçələrində mütəmadi olaraq təmirlə bağlı məhdudiyyətlərin tətbiq olunması xəbərləri sosial şəbəkələrdə birmənalı qarşılanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar