Ekvadorun Kotopaxi əyalətindəki həbsxanada iğtişaşlar nəticəsində azı 15 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hazırda polis vəziyyəti nəzarətə götürüb.
Narazılığa səbəb məhbuslardan birinin həbsxanada öldürülməsi olub. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində və çirkli pulların yuyulmasında ittiham olunurdu.