Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibovun gətirdiyi sovqata baxış keçirilib.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, orada olan cins şalvarın bel hissəsinə xüsusi üsulla tikilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,226 qram narkotik maddə -heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.