Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Daşqın Nazim oğlu Axundzadəyə qonşusu Şirvan şəhər sakini Sübhan Əkbər oğlu Babayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan ayaqqabının dabanında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,799 qram olan narkotik maddə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, D. Axundzadə Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 240.3.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.