Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2; 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rahib Zahid oğlu Babayevlə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdaş rayon sakini Nərmin Xələddin qızı Babayevanın şəxsi əşyalarına və üzərinə baxış keçirilib.
Bu zaman, pul kisəsinin içərisində gizlədilmiş daxilində danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.