Güclü külək və leysan Zaqatala və Şəkidə fəsadlar törətdi - VİDEOLAR
24 may 2026 23:11 (UTC +04:00)

Güclü külək və leysan Zaqatala və Şəkidə fəsadlar törətdi - VİDEOLAR

0

Qeyri-sabit hava şəraiti Zaqatala və Şəkidə bir sıra fəsadlara səbəb olub.

Lent.az xəbər verir ki, axşam saatlarında bölgə rayonlarında güclü küləklə müşayiət olunan leysan yağışları yağıb.

Yağışlar səbəbindən dağ çaylarında suyun səviyyəsinin artdığı müşahidə olunur.

Güclü külək nəticəsində Zaqatala şəhərinin Azərbaycan prospektində irigövdəli ağac aşıb. Ağacın altında “VAZ-2107” markalı minik avtomobili qalıb.

Şəkidə isə Baş Zəyzid kəndinin ərazisindən keçən Zəyzid çayından sel keçib. Sel suları kəndin iki hissəsini birləşdirən suötürücüləri yararsız vəziyyətə salıb.

Bundan əlavə, sel nəticəsində kənddaxili yolların bir hissəsinə də ciddi ziyan dəyib.

Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.


Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar