Göyçayda traktorla vurulan velosipedçi  öldü
12 iyul 2024 19:07 (UTC +04:00)

Göyçayda traktorla vurulan velosipedçi öldü

Göyçayda traktor velosipedçini vuraraq öldürüb.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Ucar Göyçay yolu istiqamətində olub. İlkin məlumata əsasən, velosipedçi hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 61 yaşlı Soltanov Azad Məhəmmədəli oğlunu vurub.

A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1818
avatar

Oxşar yazılar