Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.