Gilas   yığan kişi ağacdan yıxılıb öldü
30 may 2026 19:36 (UTC +04:00)

Gilas yığan kişi ağacdan yıxılıb öldü

0

Türkiyədə gilas yığmaq üçün ağaca çıxan kişi faciəvi şəkildə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum rayonunun Osmancık qəsəbəsində baş verib.

Məlumata görə, gilas toplamaq üçün ağaca çıxan 72 yaşlı Mustafa Gök tarazlığını itirərək dəmir məhəccərlərin üzərinə yıxılıb. Məhəccərlərin bədəninə batması nəticəsində yaşlı kişi ağır yaralanıb.

Çağırışa gələn tibb işçiləri tərəfindən Mustafa Gök xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı polis araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar