Gəncədə bazarda yanğın -  YENİLƏNİB
14 aprel 2024 12:25 (UTC +04:00)

Gəncədə bazarda yanğın - YENİLƏNİB

Gəncədə bazarda yanğın olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, şəhərin Mahrasa bağı qəsəbəsində yerləşən bazarda qəfildən yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğın səhər saat 05:00 radələrində süd məhsulları satılan rəfdə baş verib. Həmin ərazidə olan soyuducular və məhsullar yanaraq yarasız hala düşüb.

Yanğınsöndürənlər alovun digər rəflərə keçməsinin qarşısını alıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. İlkin versiyaya görə, yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub.

***

saat 10.56

Gəncə şəhərində bazar ərazisində ümumi sahəsi 150 m² olan talvarın taxta atmaları 25 m² sahədə, piştaxta 40 m² sahədə və 3 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Lent.az-a verilən xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5076
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28