Qayda pozuntusu anı
14 mart 2022 11:12 (UTC +04:00)

Qayda pozuntusu anı

Gəncədə avtoşluq edənlər cəzalandırıldı - FOTO

Göygöl rayon sakini İslam Kərimov idarə etdiyi “VAZ” markalı avtomobil ilə Gəncə şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, onun barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunan inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İslam Kərimov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində yol hərəkəti qaydalarını pozaraq etdiyi təhlükəl manevrlərlə həm özünün həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəhər sakini Faiq Nəcəfovu saxlayıb. Sürücülük hüququ olmadan avtomobil idarə edən və yol polisi əməkdaşlarının “saxla” əmrinə tabe olmayan F. Nəcəfov barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2825

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45