Gəncədə avtomobilin vurduğu yeniyetmənin biri xəstəxanada ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 2011-ci il təvəllüdlü Ə.M dünyasını dəyişib.
***
19:44
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan NİVA markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü Ə.M.- ni və 2009-cu il təvəllüdlü İ.M.- nı vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, onlardan Ə.M-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.