Gənc qızı şəkilləri ilə ŞANTAJ ETDİLƏR
18 iyul 2022 12:05 (UTC +04:00)

Gənc qızı şəkilləri ilə ŞANTAJ ETDİLƏR

Gənc qızın şəkillərdən istifadə edib, şantaj etdilər. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.  

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

# 2511
avatar

Aytəkin Cəlali

Oxşar yazılar