Türkiyənin Sakarya şəhərində 8 kazino və 1 restoran bağlanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər bələdiyyəsinin göstərişi ilə həmin obyektlərin fəaliyyətinə 1 aylıq qadağa qoyulub.
Qadağaların noyabrın 25-də keçirilən əməliyyatla bağlı olduğu bildirilir.
Qeyd edək ki, noyabrın 25-də Sakarya şəhərinin Karasu qəsəbəsində fahişəlik və fahişəliyə cəlbetmə ilə bağlı polis əməliyyat keçirib. Əməliyyatlar nəticəsində aralarında 8 azərbaycanlı qadının da olduğu 61 nəfər saxlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl həmin əməliyyat barədə xəbər vermişdik.